ONN İnformasiya Agentliyi

İxtisas seçimi zamanı bunlara mütləq diqqət edin

İxtisas seçimi zamanı bunlara mütləq diqqət edin
26 İyul 2019 - 15:43

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr etmişdir. “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunmuşdur. Kitabçaları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:• Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;• Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.Kitabçanın elektron versiyasını isə (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
DİM-in mətbuat xidmətiTеl: (+99 412) 502-47-53 (dax. – 142)E-mail: [email protected]; http://dim.gov.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png