Juranlist Prezidentə: “Mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız”

“Mən 25 ildir jurnalistika ilə məşğulam, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransında Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal bildirib.

O, prezidentə konfransa dəvət üçün təşəkkür edib:

“Bizi bura dəvət etdiyinizə görə sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız.

Dünən sizin bəzi nazirlərinizlə də görüşlər keçirdik. Onlar da bizə məsələlərlə bağlı dolğun məlumat verdilər. Təbii ki, biz də Xocalı soyqırımı qurbanlarını dərin hüznlə anırıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün mətbuat konfransı dörd saatdan artıq davam edib.