ONN İnformasiya Agentliyi

Kəlbəcərdə axtarış-kəşfiyyat işlərinə başlanıldı

Kəlbəcərdə axtarış-kəşfiyyat işlərinə başlanıldı
20 Oktyabr 2021 - 10:43

AzerGold QSC Kəlbəcərdə yerləşən “Tutxun” təzahür sahəsində ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb.

ONN media xəbər verir ki, bunu “AzerGold”un Mətbuatla iş sektorunun müdiri Ariz Tarverdiyev bildirib.

Onun sözlərinə görə, “Tutxun” təzahür sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir:

“Təzahür sahəsində qızıl, gümüş, civə və mis metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib”.

O qeyd edib ki, AzerGold QSC-nin axtarış-kəşfiyyat proqramına əsasən ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png