ONN İnformasiya Agentliyi

Kərimin SON VƏZİYYƏTİ NECƏDİR?

Kərimin SON VƏZİYYƏTİ NECƏDİR?
05 Noyabr 2021 - 11:26

Kərimin vəziyyəti çox pisdir, necə var eləcə də düşüb qalıb. Nə danışır, nə tərpənir.

ONN media bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib.

O, Kərimin sağlıq durumunun günü-gündən geri getdiyini deyib:

“Müsbət heç nə yoxdur. Əksinə, gerilik var ki, irəlləyiş yoxdur. Həkimlər deyir tərpənməsin yerindən, yəni onu bundan sonra harasa aparmaq mümkün deyil”.

Meyxanaçı həmkarının gözəl səsi olduğunu xüsusi vurğulayıb:”Hərdən yanına gedirəm, baxıram ürəyim ağrayır. Onda olan səs meyxanada heç kimdə yoxdur. Tez-tez də oğlundan soruşuram. Daha o halda da deyil ki, yanına adam gəlsin, öz dərdi ilə baş-başadır. Amma onun vəziyyəti ilə maraqlananlar çoxdur, dövlət də dəstək olur. Allah kömək olsun, bu sənətdə Kərim bir də yetişər, ya yox, bilmirəm”.Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png