ONN İnformasiya Agentliyi

Kamran Əliyevlə Kəmaləddin Heydərov Gəncəyə getdi

Kamran Əliyevlə Kəmaləddin Heydərov Gəncəyə getdi
17 Oktyabr 2020 - 8:05

Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kamaləddin Heydərov humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulmuş Gəncədə hadisə yerindədir.

ONN media xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

Dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png