ONN İnformasiya Agentliyi

Karantinin, karantinə alınmalı olduğu zərurəti – Cavid İSMAYIL yazır

Karantinin, karantinə alınmalı olduğu zərurəti – Cavid İSMAYIL yazır
02 Mart 2020 - 10:36

“Elnən gələn toy bayramdı” deyib atalarımız. Eyni zamanda “ehtiyat igidin yaraşığıdır”  deyib atalarımız. Bəs bu gün real həyatımızda nə baş verir?

Dünyanı caynağına alan koronavirus  bəlası əfsuslar olsun ki, Azərbaycana da gəldi. Təbii ki, bu virusun yayılma xəritəsini və yayılma sürətini mediadan izlədikcə, Azərbaycana da gələcəyi zatən bəlli idi.

Güclü və varlı dövlətin Vətəndaşı kimi, rahatlığım onda idi ki, açıq olmasa da, qabaqlayıcı və mümkün olacaq hər hansı bir təhlükəli vəziyyət  üçün müvafiq tədbirlər görülür.

İkinci bir təsəllim o idi ki, regionlarda müasir tipli sağlıq ocaqları tikilib və ən müasir avadanlıqlarla  təchiz ediliblər.

İndi gələk mətləbə. Dünəndən sosial şəbəkələrdə Astara və Cəlilabad rayonlarından karantinə alınan vətəndaşlarımızın həmin yeni, müasir standartlara uyğun tikilmiş səhiyyə ocaqlarından yayımladıqları videoları izlədikdə dəhşətə gəldim. Və bütün bu görüntüləri utanc içində həyəcanla izlədim.

Yerlərdə yaramaz, iş bacarmaz, səriştəsiz insanların təqsirindən karantinə alınan insanlarımızın bəzi xəsətəxanalarda çarəsiz, acınacaqlı vəziyyətdə olduqlarının şahidi oldum.

Elə bu arada nəzərinizə karantinin  nə olduğunu xatırladım. Karantin xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanların müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır.

Təsəvvür edin ki, doğrudan da, karantinə alınan şəxslərin içində kimsə bir nəfər virusa yoluxub. karantindəkilərin yoluxucu xəstəlik və ya xəstəliklərdən qorunması üçün hansı lazımi tədbirlər görülüb?!

Çəkilişlərdən aydın görünür ki, karantinə alınanlara adi tibbi maska verilməyib, palatalarda yerləşmək üçün şərait yoxdur, sanitar qovşaqlarında ciddi problemlər var, xəstələr antisanitar şəraitdə və tam acınacaqlı vəziyyətdədirlər.

Bir sözlə, kadrlardan görünən budur ki, sözügedən “səhiyyə ocaqlarında” antisanitariya hökm sürür, hərcmərclik və baxımsızlıq şəraitində isə sağlam adamın belə xəstəliyə yoluxmaması qeyri adi bir durum olardı.

Üzümü tuturam həmin rayonların aidiyyəti rəhbərlərinə, cənab yetkililər, anlamaq lazımdır ki, o çarəsiz,  antisanitar şəraitdə canı  ilə  əlləşənlər, Azərbaycanın ən böyük dəyəri olan AZƏRBAYCAN VƏTƏNDAŞLARIDIR!

Onlar orada çarəsiz və sizlərin səriştəsizliyinizin qurbanı olmamalıdırlar. Cənab Prezident dəfələrlə “…mən xalqın xidmətçisiyəm, bəs sizlər kimsiniz …” desə də, sizlər hələ də qəflət yuxusunda çox rahat uyumaqdasınılz.

Eyni zamanda xatırladım ki, yoluxucu xəstəliyin yayılmasına şərait yaratdığınız halda belə, qanun qarşısında məsuliyyətiniz də qaçılmazdır. Hələ mən ən müasir standartlara uyğun, şəxsən dövlət başçısının şəxsi qayğısı ilə tikilib insanların xidmətinə verilən bu müasir səhiyyə ocaqlarını bu cür baxımsız hala salmağınızı demirəm!

Düşünürəm kadrlardan yaxşı görünən, müasir xəstəxananın dəhlizində tavandan  tikinti zamanı quraşdırılmış işıqlandırma sisteminin ortasından kustar yolla sallanan sadə elektrik borusuna bağlanmış işıq lampası, sanitar qovşaqlarında avadanlıqların olmaması, palataların yaramaz halı və kadrlara düşməyən, lakin ən mühüm məsələ olan təchizat məsələləri aidiyyəti dövlət orqanlarına ciddi qanun pozuntularının olması haqda bir işarədəir.

Hə cənab yetkililər, sonra demədi deməyin ha. Elə bu yaxınlarda Mirzə dostum Yunus Oğuz bəzilərinizin  sağalmaz bir virusa, rüşvət və korrupsiya virusuna bulaşdığınızı və ondan heç qurtulmaq istəmədiyinizi bizlərə xəbərdar etmişdi. Sadəcə bu virus koronavirusdan fərqli olaraq şirin virusdur. Mirzə demiş, “…bu, elə şirin virusdur ki, adama necə yapışırsa qopmur, heç sən də  şirin virusdan ayrılmaq istəmirsən, axı çox şirindir, özü də necə şirin, e…” Amma Mirzə dostum, zənnimcə bütün bu qanun pozuntularının ən ilk pilləsində, aidiyyəti məsul şəxslərin  Azərbaycan Dövlətinə və Dövlətin apardığı siyasi xəttə məqsədli olaraq zərbə vurmaq üçün yoluxduqları xəyanət virusu durur.

Cənab belə virusa yoluxanlar, elə etməyin ki, qara maskalı oğlan gəlib “Karantini” “Karantinə” alsın!

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png