Mədəni irsimiz uğrunda şəhid axtarırsansa, o, Şıxəli Qurbanovdur!-Cavid İSMAYIL yazır

İlkindən qeyd edim ki, mən yoldaş Qarayevi  hələ nazir olduğu vaxt yazıb kəskin tənqid etmişdim. Bu baxımdan  kimsə düşünməsin ki, yoldaş Qarayev getdikdən sonra yazıram. Doğrudur, “yıxılana balta vurmazlar” dədələrimiz deyib. Lakin böyük bir xalqın mədəni irsinə, milli dəyərlərimizə tarixi balta  vuran üzü QARAları tənqid etmək düşünürəm həmin misaldan uzaq olar.

Mən bu yazımda mənəvi və mədəni
irsimizə zərbə vuran və bu səbəbdən həm tariximiz həm də korifeylərimiz
qarşısında  üzü qaraların törətdiyi
haqsızlığın birindən söz açmaq istəyirəm.

Mən, yazıçı-dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim,
filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov
adına mükafatın laureatı, Azərbaycanda ilk dəfə dövlət səviyyəsində, qanlı
sovet ideolojiyasının yasaqlarına məhəl qoymadan Novruz bayramının
keçirilməsinə müvəffəq olan  və bu hərəkətinə görə müəmmalı şəkildə
dünyasını dəyişən   Şıxəli Qurbanova qarşı edilən haqsızlıqdan
elə onun vəfat etdiyi gün söz açmaq istəyirəm.

Bəli, bu gün
bir çoxuna, xüsusən də, tariximizdən xəbərdar olmayanlara qəribə gələ bilər ki,
Novruz bayramının keçirilməsinə nə var ki? Niyə Novruz bayramını keçirmək bu
qədər cəsarət tələb edirdi?

Qısaca, XX
əsrin 60-cı illərinə bir ekuskursiya edək. Bəli, Rusiya imperiya maraqlarının
formaca yeni formatı olan sovet imperiyası dönəmində milli dəyərlərə, milli kimliyə,
milli-tarixi irsə bağlı olan bütün bayramları qeyd etmək birmənalı olaraq
qadağan idi. Moskva, xüsusən də türk-müsəlman respublikalarında milli
dəyərlərin yaşadılması, milli kimliyi ilə bağlılığın artmasının özü üçün çox
böyük təhlükə görürdü. Və bunun əksini edənlər, birbaşa
imperiyanın  yürütdüyü qanlı ideologiyanın
əleyhinə  hərəkət etmiş  olardı ki, bunun da nəticəsi
FƏLAKƏT idi! Çünki  belə  hərəkət bağışlanmırdı
və  sonu  ölüm  idi!  Bəli, ölüm! Bu
gün doğrudan da çoxlarına qəribə gəlsə də, bu bir tarixi həqiqətdir.

1967-ci ilin 21
mart tarixində, bu ideologiyanın ziddinə olaraq, Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi, qəlbi Vətən eşqi ilə
döyünən gözəl ziyalı Şıxəli Qurbanovun böyük cəsarəti və şəxsi təşəbbüsü ilə
qanlı imperiyada ilk dəfə Novruz bayramı kütləvi el şənliyi kimi keçirilir.

Həmin gün,
səhər saat 11:30-da Qız qalasının zirvəsində  milli geyimli
iki gəncin  əllərində Novruz simvolu olan məşəl, səməni
qaldırmaqla başlayan kütləvi bayram şənliyi
Dəniz kənarında, şəhərin park və meydanlarında, bütün binaların həyətlərində
gecə yarısınadək gur tonqallar və fişənglər ətrafında keçirildi.
İnsanlarımız illərcə gizlində
keçirdikləri bayram sanki əsirlikdən qurtulduğu üçün ikiqat sevinirdilər. Hər
tərəfdə bayramlaşma hərarəti çox yüksək idi. Hər tərəfdə musiqi səsi, milli musiqilər altında rəqslər və idman
yarışları gedirdi.

Tariximizin bu
səhifəsinə nəzər salanda aydın görürük ki, Novruz
bayramının ilk dəfə kütləvi keçirilməsi həmin dönəm yeddidən yetmişə bütün bir
xalqın misli görünməmiş birliyinin, həmrəyliyinin, tarixi kimliyə bağlılığının
, milli irsinə sadiqliyin və ən önəmlisi milli oyanışın dirçəlməsinin təzahürü
idi!

Bəli, bu
hadisəni Moskva Şıxəli Qurbanova bağışlamadı. Mən əminəm ki, Şıxəli Qurbanov
Moskvanın bunu bağışlamayacağını  çox yaxşı bilirdi. Lakin, milli
kimliyə bağlılıq, dəyərlərə sahib çıxmanın ŞƏRƏF  məsələsi olduğunu
çox gözəl anlayan  Şıxəli Qurbanov qanlı imperiyyanın müəyyən
etdiyi ideologiyanın canı bahasına olsa  belə əleyhinə gedərək bu
tarixi addımı atdı.

Moskva Şıxəli
Qurbanovu aradan götürmək üçün bir neçə variant üzərində işləsə də, sonunda
həkimi vasitəsilə zəhər verilərək öldürüldü.

Sözüm yoldaş
Qarayevlərədir. Şıxəli Qurbanovun bu addımını bir düşünün, daha sonra özününzün
Azərbaycan Mədəniyyətinə rəhbərlik etdiyiniz dövrü təftiş edin və yenə düşünün.
Siz Azərbaycan xalqı üçün Şıxəli Qurbanov niyə ola bilmədiniz?! Halbuki, siz
müstəqil və güclü Azərbaycan dövlətinin naziri idiniz! Atacağınız addımların
sonunda xalqın qəlbində Şıxəli Qurbanov kimi  əbədi yaşamağı niyə
seçmədiniz?

Heç
düşünürsünüz ki, siz xalqın qəlbində  İRƏVAN TEATRINa ayrılan vəsaitdən
otkat alan qurumun rəhbəri kimi qalacaqsınız? Və ya etdiyiniz əməlləri tarixin
axarına buraxıb xalqımızın unutqanlığına arxayın olaraq müəyyən dövrdən sonra
yenidən “doğmaq” haqqında düşünmüsünüz?

Siz bəs
mədəniyyət naziri olanda Şıxəli Qurbanovun adının əbədiləşməsi baxımından nə
etdiniz? İstəyirsiniz sizə xatırladım. Sizin vaxtınızda Azərbaycanın
görkəmli ictimai-siyasi xadimi Şıxəli Qurbanovun adı Musiqili Komediya
Teatrından “ teatrın spektrinin genişlənməsi ilə əlaqədar olaraq”
əbədiləşdirilmiş adının götürülməsini təmin etdiniz. Lakin unutduğunuz ən vacib
amil  odu ki, o sağlığında adını xalqımızın yaşayan qəlbində həkk edib.

Yoldaş
Qarayev, bu arada əgər Azərbaycan dövlətçiliyinə bağlı, milli ruh, milli
birlik, milli kimliyə bağlılıq nümayiş etdirmiş, milli irsin və tarixi
dəyərlərə sadiq olmaq və bunun uğrunda şəhid olanı tanımaq istəyirsinizsə
o Şıxəli Qurbanovdur.

Sonda isə dəyərli millət vəkilimiz, bütün varlığı ilə Vətənə bağlı olan, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya müraciətlə xahiş  edirik ki , milli mədəni tariximizi, milli dəyərlərimizi, tarixi irsimizi qoruyan və bu yolda canından olan Şıxəli Qurbanovun adının əbədiləşməsinə, eyni zamanda bu yolda onunla birgə fəaliyyət göstərən insanlarımız daxil olmaqla, həmin tarixi hadisəni gələcək nəsillərə çatdırmaq baxımından abidələşdirməyə köməklik edəsiniz. Tariximizin bu şanlı səhifəsini gələcək nəsillərə çatdıraq və tariximizi unutdurmayaq! Mən yeni mədəniyyət nazirinin kim olacağını bilmirəm, lakin kim olacaqsa ona sələnirəm: “Bacarın adınızı xalqın qəlbində əbədiyyətə qədər yazdırasız!”

Cavid İsmayıl.