ONN İnformasiya Agentliyi

Marşrut avtobuslarında gediş haqqı 1 manat olacaq? – RƏSMİ AÇIQLAMA

Marşrut avtobuslarında gediş haqqı 1 manat olacaq? – RƏSMİ AÇIQLAMA
19 Oktyabr 2021 - 16:16

Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının bahalaşacağı ilə bağlı məlumatlar yayılır.

ONN media  xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib. O bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib: “İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına heç bir müraciət etməyib”.

Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə bağlı qərar verib. Qərara əsasən, Bakıda ictimai nəqliyyatda gediş haqları 20 qəpikdən 30 qəpiyə qaldırılıb.

Qeyd edək ki, bu gün mediada yer alan xəbərlərə görə,marşrut avtobuslarında gediş haqları 1 manat olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png