Mehriban Əliyevadan keçmiş məcburi köçkünlərlə bağlı PAYLAŞIM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib.

ONN media xəbər verir ki, paylaşımda deyilir:

“Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş. Doğma torpaqlara qayıdışınızın həyəcanını və sevincini səmimi-qəlbdən sizinlə bölüşürəm!”