Merkuri planetinin İLK FOTO

Avropa Kosmik Agentliyinin (ESA) BepiColombo missiyası Günəş sistemindəki ən kiçik və Günəşə ən yaxın planet olan Merkurinin ilk fotolarını göndərib.

ONN media  xəbər verir ki, kosmik gəmi görüntünü planetin üzərindən keçdikdən qısa müddət sonra 200 kilometr yüksəklikdən çəkib.

Bildirilir ki, yaxın günlərdə Merkuri ilə bağlı daha çox foto əldə olunacaq.