ONN media

Meteohəssas insanlar üçün XƏBƏR VAR

Meteohəssas insanlar üçün XƏBƏR VAR
07 Noyabr 2019 - 20:29

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan ONN media -ya verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Bununla belə, hesabat dövründə Günəş küləyi parametrlərində ötən dövrə nisbətən güclənmə müşahidə olunub.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir olub.

Sabah və noyabrın 9-da kosmik hava proqnozuna gəlincə, Günəş fəallığının çox aşağı səviyyədə qalacağı qeyd edilir.

Proqnoz dövründə Günəş küləyi parametrlərinin də sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə (08 – 09 noyabr) geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png