ONN İnformasiya Agentliyi

Çox çarəsizəm… Vətəndaşlıqdan çıxacam… – MÜSAHİBƏ

Çox çarəsizəm… Vətəndaşlıqdan çıxacam… – MÜSAHİBƏ
05 Avqust 2021 - 13:48

Azərbaycanın dəyərli aktyorlarından, Vətənə olan sevgisi ilə rəğbət qazanan Midhat Aydın bu günlərdə haqsızlıqla qarşı-qarşıya qalan oğlu Adgözəl Aydının işi ilə bağlı baş verənləri və son vəziyyəti ONN media –ya danışdı. Əziz sənətkarımız Midhat Aydının müsahibəsini oxucularımıza təqdim edirik.

Midhat müəllim, sosial mediada etdiyiniz paylaşımınızda bildirmisiniz ki, oğlunuz Adıgözəl Aydınov işindən azad olunub. Buna görə, etirazınızı bildirmisiniz. Bu barədə danışmağınızı istərdim…

– Mən oğlumun (Aydınov Adgözəl) indiyə kimi harada işlədiyini, 2007 –ci ildən bu yana hansı vəzifədə çalışdığını arayış şəkilində qeyd etmişəm. Bilirsiz necədir, neçə illərdir ki, yəni 2015 –ci ildən oğlumu dəvət etdilər ki, gəl sən Olimpiya oyunlarında növbə rəisi kimi işlə sənə ehtiyacımız var. 2 ay olan kimi bildirdilər ki, yerimiz yoxdur yalnız aşağı yerlərdə işlə. Yenə mühafizəyə göndərdilər və orada qalıb işlədi. Mən bu barədə dəfələrlə Neft Şirkətinin müxtəlif vəzifəli şəxslərinə müraciət etmişəm. Nəhayət ki, Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayeva məktub yazıb göndərdim ki, bizə kömək etsinlər. Lakin onlar mənə heç bir yazılı sürətdə cavab vermədilər. Amma şifahi sürətdə dedilər ki: “Bu iş düzələn deyil!”. Mən bu çətinlikləri görüb, oğluma söylədim ki, mümkün deyil alınmır. Son dövürlərdə ona bildirdilər ki, ya sənin adamın olmalıdır, ya da kimsə səni tapşırmalıdır. Yoxsa əks təqdirdə buradan da getməlisən. Bu mənə doğurdan da, çox pis təsir etdi. Mən belə bir qərara gəldim ki, Adgözəl niyə getməlidir!?… Mən bu zaman Milli Məclisin bir-iki deputatına müraciət etdim və onlarda şifahi bildirdilər ki, kömək edərik. Bizim yaşadığımız yerdə Suraxanı rayonunda deputat Sevinc Fətullayevaya yazılı sürətdə bildirdim ki, sizinlə görüşmək istəyirəm, sizə sözüm var. O, mənimlə heç bir şəkildə görüşmədi.

Müraciətinizdə bu məsələ ilə əlaqədar millət vəkili Könül xanım Nurullayevaya müraciət etdiyinizi də bildirmişdiniz. Müraciətinizin cavabı nə oldu?

– Bəli, mən Könül Nurullayevaya müraciət etdim. Könül xanım yazılı sürətdə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayeva yazdı. Rövnəq müəllimin vitse-prezidenti Xalid Məmmədov ona cavab olaraq Neft Şirkətinin Təhlükəsizliyinə bildirib ki, bizə əlləridən gələn köməyi etsinlər.Lakin onlar etmədilər və imtahan keçirdilər.İmtahanda 15-ə yaxın komissiya üzvü olub. Orada belə bir söhbət olub və bunu mənə deyiblər. Adgözəl suallara çox gözəl cavab verib, əla cavab verib. Çünki mənim dediyim kimi, oğlum növbə rəisi işləyib, komanda rəisi vəzifəsində müvəqqəti icra edib. Onun üçün suallar çətin olmazdı. Oğlum suallara cavab verərkən yoldaşlardan biri deyib ki, buna çətin suallar verin ki, cavablaya bilməsin və onu çəkib Könül xanıma verək ki, görsün ki, sualları cavablaya bilməyib və imtahandan uğurla keçə bilməyib. Və oğlum sualları doğru cavabladığında çəklişi dayandırıblar ki, özümüz həll edərik. Bundan sonra bildiriblər ki, yerimiz yoxdur və sən suallara doğru cavab vermədin. Sənə yaxşı yol!. Oğlum bildirib ki, ərizəmi yazım o zaman, onlarda yazmalı olduğunu bildiriblər. Oğluma söyləyiblər ki, ya əvvəlki yerdə işləməlisən, ya da sən buradan gedəcəksən. Oğlum buna cavab olaraq bildirib ki, mənim üçün xahiş edilib. Onlar israrla bu işi heç vaxt görməyəcəksən və ən yaxşısı ərizə yaz deyiblər. Mən o zaman oğluma dedim ki, sən ərizə yazma amma məlum səbəbə görə əmək kitabçası pozulmasın deyə yazmalı olub. Başımıza belə bir iş gəldi və oğlum işdən azad edildi. Məndə aydındır ki, bu məsələni sosial mediada işıqlandırdım. Doğrudur səs-küyə çox səbəb oldu, hal-hazırda baxıram ki, on iki minə yaxın insan məni dəstəkləyib. Məni sevərlər çox dəstək oldular, tərəfimdə durdular. Səidə xanım, mənə bu maraqlı deyil, mənə o maraqlıdır ki, mən bu torpağın oğluyam, Azərbaycan vətəndaşıyam, mən ömrümün bu gününə qədər Heydər Əliyev məktəbiyəm. Mən bu günə qədər dövlətə, dövlətçiliyə xidmət etmişəm. Mənim yoldaşım YAP-ın üzvüdür. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidentliyinə namizəd İlham Əliyevin şəxsən özünün belə götürəndə vəkili olmuşam. Şirvan şəhərində o tədbirin rejissoru mən olmuşam, tədbirin aparıcısı olmuşam. Mən yeganə adamam ki, Nəriman Həsənzadənin “Qarabağnamə İlhamdır” poyemasını əzbərdən bilirəm. Bu poyema 15 dəqiqəyə qədər gedir. Mən Azərbaycanda Nəriman Həsənzadənin “Nuri Paşa” poyemasını 25 dəqiqə əzbər deyirəm. Bir-iki il bundan öncə 100 illik qeyd ediləndə Türkələr gələndə bura oların hamısı ayağa qalxdı “Nuri Paşa” poyemasına görə. Mən Mübariz İbrahimov haqqında böyük bir poyema hazırlamışam. Fikir verin, kimə müraciət eləsən ki, gəlin bu Mübariz İbrahimov haqqına poyemanı çəkək, Prezident İlham Əliyev haqqında poyemanı çəkək və ya Nuri Paşanı çəkək heç kim yaxın durmur. Amma mən heç kimin xətrinə dəymək istəmirəm, mən aktyoram kimə nə pislik etmişəm ki?. Hər yerdə aktyora hörmət var, Cənab Prezident aktyorlara ev verir, hər gün eşidirsiz bir aktyora ev verildi, aktyora Şərəf ordeni verildi, aktyora Xalq artisti adı verilib, Əməkdar artist adı verilib. Mən yaşadığım evi özüm əziyyətlə tikmişəm. 13 ildir ki, bu evim yarımçıqdır, ikinci oğlum subaydır və evsiz-eşiysizdir. Məndə onu evləndirməliyəm, artıq 34 yaşa çatıb. Çox çətin vəziyyətdir.

Dəyərli sənətkarımız olmaqla yanaşı, Vətənə olan sevginizlə insanların rəğbətini qazanmısınız. Oğlunuzun işdən azad olunması ilə bağlı bildirmisiniz ki, yeganə yolunuz Azəraycan vətəndaşlığından çıxıb getməkdir. Sizcə ölkədən getmək yeganə çıxış yoludurmu?

– SOS-un müavini Elton Məmmədovun yanına getdim. Aşağıda, çöldə saxladılar məni çox aralıda. Oraya zəng edəndən sonra mənə dedilər ki, çıx yuxarı. Gəldim və mənə söylədilər ki, biz səni ona görə, qəbul elədik ki, mühafizəçi elə bilib ki, sən jurnalistsən və mənə jurnalist kimi təqdim edib. Mən jurnalist olmadığımı bildirdim və sizin mühafizəçiniz məni çox yaxşı tanıdı. Mən aktyoram, özdə professonal. Mən heç zaman demərəm ki, jurnalistəm. Jurnalistlərin öz peşakar işləri var. Onunla görüşdüm və yeddi-səkkiz nəfəri yığdılar. Dedim ki, niyə çıxardınız mənim uşağımı? Deyir özü yazıb ərzəni. Əlbəttə, aydındır ki, özü yazıb ərzəni. Siz ona təsir göstərdikdən sonra o, burada qalıb işləyərdimi!?. Müxtəlif yollardan istifadə edərək onu tora salmağınız bilnimirmi? Sizə Rövnəq Abdullayevin nə pisliyi dəyib ki? Sizə vəzifə verib, işləyin, çörək qazanın amma mənə elə gəlir ki, onlar heç zaman sizə deməz ki, caamatın uşağının çörəyinə dəyəsiniz. Yaxşı yaşayırsız MaşAllah, aşağı düşürəm maşın əlindən tərpənmək olmur. Mənim 64 yaşım var heç velosibedim yoxdur. Mənim maşınım niyə yoxdur? Amma sizin var. Mən sizdən başqa heç nə tələb etmirəm, oğlum bacaracaqlı, ali təhsilli uşaqdır.Prezident İlham Əliyevə yazdığı şeiri var. Siz nə etmisiniz? Niyə dövlətə, dövlətçiliyə xidmət edən insanları özünüzdən uzaqlaşdırırsız?… Mənə deyirlər ki, sən yazmısan ki, Azərbaycan vətəndaşlığından çıxacaqsan, çıx!. Mən cavab olaraq bildirdim ki, vətəndaşlıqdan çıxmağımın sənə nə xeyri olacaq… Nə qədər beyinlər Azərbaycandan çıxıb gedir, elə bilirsiz yaxşıdır. Sizin kimi adamlar onları çıxarırlar, onlarda çıxıb getdikləri ölkədə Vətəni söyürlər. Əlbəttə mən o səviyyənin insanı deyiləm. Söyənlərin hər zaman əlehinə olmuşam. Belə insanlarla bir dəfə böyük mübahisəmdə olub. Demişəm ki, kişi söyüş söyməz axı. Əvvəllər vaxtı ilə sizdə təhükəsizliyin rəisi Rəşad Əliyev var idi. Mən ona 2010 –cu ildə dedim ki, mənim oğlum sizdə işləyir, o, mənə bildirdi ki, siz dəyərli aktyorsuz, sizin oğlunuz ali təhsillidirsə böyük yerdə işləməlidir. Komanda rəisi qoyuram. Mən bildirdim ki, Rəşad müəllim komanda rəisi onun üçün çox böyük olar. Pillə-pillə getsin. O zaman tez söylədilər ki, Rəşad müəllim bizim qardaşımızdır, canımızdır. Canınızın əmanəti idi oğlum niyə çıxardınız? Onsuzda mən Rəşad müəllimə deməyəcəm ki, siz onu tərifləyirsiz.

Ailədə neçə nəfərsiniz və ailə üzvlərindən kim işləyir?
– Səidə xanım, ailədə 7 nəfərik və 7 nəfərdən yalnız bir nəfər işləyir. İşləyən oğlum Adgözəldir.
Bundan sonra nə etməyi düşünürsünüz, hansı addımları atacaqsınız?
– Çox çarəsizəm…

Son olaraq nə söyləmək isərdiniz?

– Səidə xanım, bu çətin vəziyyətimizdə bizi diqqətdə saxladığınız üçün Sizə və ONN İnformasiya Agentliyinə öz təşəkkürmü bildirirəm.

Zaman ayırdığınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, qısa zamanda çarəsizliyinizin səsini eşidərək lazımi dəstək göstərilər.

– Minnətdaram. Var olun.

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png