Moskvada yeni məhdudiyyətlər tətbiq olunacaq

Moskvada koronavirusun sürətlə yayılması ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq olunacaq.

ONN media  xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

2021-ci il oktyabrın 25-dən 2022-ci il fevralın 25-dək Rusiya paytaxtında bir sıra müəssisə və təşkilatlar, o cümlədən tibb müəssisələri istisna olmaqla əməkdaşların 30 faizi distant rejimə keçiriləcək. Yaşı 60-dan çox olan və xroniki xəstəliklərdən əziyyət çəkən moskvalılar özünütəcrid rejiminə keçəcək. Bu məhdudiyyətlər koronavirusdan peyvənd olunmamış paytaxt sakinlərinə aiddir.

Bundan əlavə, xidmət sahələrinin əməkdaşlarının azı 80 faizi dekabrın 1-dək koronavirusa qarşı peyvəndin birinci dozasını qəbul etməlidirlər.