ONN İnformasiya Agentliyi

Moskvadan İrəvandakı olaylara MÜNASİBƏT: Paşinyan getsə, Qarabağ bəyanatı…

Moskvadan İrəvandakı olaylara MÜNASİBƏT: Paşinyan getsə, Qarabağ bəyanatı…
25 Fevral 2021 - 15:19

Kreml Ermənistandakı vəziyyətin gedişatını həyəcanla izləyir, ancaq bunu yalnız ölkənin daxili işi hesab edir.

ONN media  xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, İrəvandakı vəziyyətin gərginləşməsindən sonra Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə təmasların olmadığını, ancaq lazım gələrsə, dərhal təşkil ediləcəyini söyləyib: “Bu saata qədər heç bir əlaqə olmayıb. Ancaq bilirsiniz ki, Moskva ilə İrəvan arasındakı təmaslar lazım gəldikdə olduqca tez təşkil edilir”.

Bu arada, Kremlə yaxın 2 mənbənin verdiyi məlumata görə, Nikol Paşinyan Ermənistanın baş naziri postundan getsə belə, Qarabağla bağlı razılaşmalar qüvvədə qalacaq. Bu, Ermənistanın cəbhədəki vəziyyəti kökündən dəyişdirmək üçün resurslara sahib olmaması ilə izah edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png