Müsəlmanlara ŞAD XƏBƏR

Səudiyyə Ərəbistanı Həcc ziyarətləri bitdikdən sonra ümrə mövsümünün bu gündən etibarən başladığını elan edib.

ONN media xəbər verir ki, Məscidül-Həram Məsələləri sədrinin müavini Saad bin Məhəmməd əl-Muhaymid Kəbəni də əhatə edən Məscidül-Həramın COVID-19-a qarşı tədbirlərə riayət edilərək ümrəçiləri və ziyarətə gələnləri qarşılamağa hazır olduğunu bildirib.

Qeyd olunub ki, ümrə ziyarətləri üçün müraciətlər bu gündən “Eatmarna” tətbiqi vasitəsilə həyata keçiriləcək.

Səudiyyə Ərəbistanında Həcc mövsümü iyulun 23-də sona çatıb. Pandemiya səbəbindən Həcc ziyarətləri keçən il olduğu kimi, bu il də Səudiyyədə yaşayanlarla məhdudlaşıb.