ONN İnformasiya Agentliyi

NƏ DEMƏK İSTƏYİRSİNİZ? – Cavid İSMAYIL yazır

NƏ DEMƏK İSTƏYİRSİNİZ? – Cavid İSMAYIL yazır
17 Yanvar 2021 - 11:30

Ayaz Niyazoviçin zamanında Naxçıvana və naxçıvanlılara qarşı düşməncəsinə mənfi münasibətin olması hələ də yaddaşlarımızdadır. Biz həmin günləri yaşayanlardan olmuşuq.

Qəhrəman naxçıvanlılar ov silahı ilə səngərdə erməni və rus qüvvələrinin müsəlləh əsgərlərinə qarşı işıqsız, susuz, çörəksiz, tam blokada şəraitində qeyrətinə sarılaraq döyüşdüyü bir zamanda Moskvanın müti qulu olan Ayaz Niyazoviçin də təzyiqlərinə sinə gərirdi.

Yaxşı yadımdadır, Naxçıvana təyyarə reysləri Bakıdan məqsədli olaraq az-az verilirdi. Naxçıvanlılar günlərlə Bakı aeroportunda ac-susuz Naxçıvanla yeganə nəqliyyat əlaqəsi olan təyyarə reyslərini gözləyərək soyuq döşəmələrdə yatırdılar.

İnsanlar ölülərini belə zülümlə yola salırdılar. Bilet, təyyarə soruşanda boz sifətləri ilə deyirdilər “GEDİN SİZƏ BİLETİ HEYDƏR ƏLİYEVİNİZ VERSİN!”

Bəli, bəzilərinizə qəribə gələr. Lakin bu bir faktdır. Niyazoviç başda olmaqla Rusiya imperiya maraqlarının müti qulları öz aləmlərində xalqa belə zülm etməklə guya naxçıvanlıları ümummilli lider Heydər Əliyevin əleyhinə qaldırmaq istəyirdilər. Bacarmadılar. Bacara da bilməzdilər. Naxçıvanlılar əksinə olaraq hər təzyiqlə üzləşdikcə o müdrik xilaskarın ətrafında daha da sıx birləşdi.

İndi Naxçıvana gündə bir reys təyyarə uçur. COVİD testindən keçərək insanlar təyyarəyə buraxılır. Maraqlıdır, nəyə görə tibbi təhlükəsizlik qaydalarına əməl etməklə reyslərin sayı artırılmır? Səbəb nədir?

Ümumiyyətlə COVİD bəlası ilə üz-üzə qaldığımız bir gündən AHY-nın Naxçıvana reyslərlə bağlı hoqqasını görəndə düşünürəm, Cahangir Əsgərov indi nə demək istəyir? Yoxsa o da demək istəyir gedin sizə bileti İlham Əliyev versin?

Siz anlayın ki, bu xalq ac da qalsa, susuz da olsa, min əziyyət çəksə də Vətəninin, Dövlətinin, Bayrağının, Ali Baş Komandanının yanında olacaqdır.

Sizin yeriniz isə…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png