ONN İnformasiya Agentliyi

NASA alimlərindən etiraf – Marsda canlı həyat tapıldı

NASA alimlərindən etiraf – Marsda canlı həyat tapıldı
24 İyun 2019 - 8:28
Marsın səthində yüksək səviyyədə metan qazının ayrılması planetdə mikro orqanizmlərin olmasından xəbər verir.

ONN media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Qəzetin xəbərinə əsasən, bunu NASA alimləri bildiriblər. Alimlər ötən həftə “Curiosity” aparatının topladığı məlumatları tədqiq ediblər.

Marsdan hava nümunəsi həftənin çərşənbə axşamı götürülüb. Cümə günü isə təcrübələr zamanı havada yüksək miqdarda metan qazı aşkar edilib.

Alimlər “Curiosity”dən əlavə məlumat istəyiblər. Əgər kəşf təsdiqlənsə, yaxın günlərdə rəsmi elan ediləcək.

Kəşf edilən qaz planetin daxilində milyonlarla il mövcud ola bilərdi. İndi isə yarıqlardan üzə çıxır. Amma ehtimal edilir ki, metan qazı bu yaxınlarda sızıb. Çünki nazik qatlı Mars atmosferində metan molekulu asanlıqla günəş işığı və kimyəvi reaksiyalarla bölünür.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png