Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq -Əli SƏBRİ

 Unutmayaq, unutdurmayaq!

19 fevral (1892-1983) pedaqoq, yazıçı, jurnalist, tərcüməçi, milli-azadlıq mübarizəsinin cəfakeşlərindən Əli Səbri Qasımovun vəfat etdiyi gündür. 

Əli Səbri Qasımov 1892-ci il aprel ayının 15-dəm qədim Türk yurdu Naxçıvanın Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb.

1913-cü ildə Qori Müəllimlər Seminariyasını, 1925-30-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.

Zaqafqaziya
(Qori) Müəllimlər Seminariyasını bitirən Əli Səbri qısa müddət Bakıda
müəllimlik etdikdən sonra Naxçıvana gələrək yerli vətənpərvərlərin 20-ci yüzilliyin
əvvəllərində erməni daşnak təcavüzünə qarşı apardıqları müharibənin ön
sıralarında olub. Balkan müharibəsi dövründə
ərazi iddiaları iflasa uğrayan erməni ideoloqları I Cahan savaşında çar
Rusiyasının təhrikilə yenidən və daha mütəşəkkilliklə mübarizəyə girişdilər.
Naxçıvan yenidən hədəf seçildi. Naxçıvan, Dərəyələz, Şərur, Vedibasar, Qarabağ
erməni işğalçıları tərəfindən savaş meydanına çevrildi. Naxçıvan ziyalıları
mübarizənin önündə dayanırdılar.

Azərbaycan
Xalq Cümhuriyyəti dövrünün ziyalıları arasında Əli Səbri Qasımovun xüsusi yeri
var. Yazıçı, jurnalist, tərcüməçi kimi tanınan bu görkəmli şəxsiyyət
milli-azadlıq mübarizəsinin cəfakeşlərindən biri olsa da, bu gün onun ömrünün
açılmamış səhifələri qalmaqdadır.

“Molla
Nəsrəddin” jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir
hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür.

Əli Səbri
Qasımovun tarixi şücaəti bügünkü gəncliyimiz üçün örnək ola bilər. Transqafqaz
Ali Komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son
nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə,
belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik… bu,
bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik.

Əli Səbri
Naxçıvanda qurulan Araz-Türk hökumətinin sədri Əmir bəy Əkbərzadə, Hüseyn
Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyilə
könüllü xalq dəstələrinin yaradılmasına təşəbbüs göstərib, onların
əlaqələndirilməsində xüsusi rol oynayıb. Bu səylər nəticəsində yaranmış Nehrəm taboru (başçısı
Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə və Zeyvə taboru
(Fətulla bəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil Axundov), Şərur-
könünlülərdən ibarət partizan dəsdəsi (Komandir, partizan Tağı Məşədi-Mahmud
oğlu), Vedibasar müqavimət hərəkatının başçısı Abbasqulu bəy Şadlinskinin və
Civə kənd könüllülərinin komandiri Bala Bəy Vəkilovla birlikdə erməni
işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək mahalın erməni
silahlarından təmizlənməsində xüsusi rol oynayıblar.

Əli Qasımov 1983-cü ilin fevralın 19-da Bakıda vəfat etmişdir.

Cavid İSMAYIL