Nazirlikdən GÜCLÜ KÜLƏK XƏBƏRDARLIĞI

Avqustun 11-də yenidən güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir, hava sərin keçəcək.

ONN media xəbər verir ki, bunu ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır. Sabah – avqust ayının 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək.