ONN İnformasiya Agentliyi

“Netflix” abunəçilərinə ŞAD XƏBƏR

“Netflix” abunəçilərinə ŞAD XƏBƏR
02 Noyabr 2021 - 23:54

“Netflix” abunəçilərə beş mobil oyuna giriş imkanı verib.

ONN media  xəbər verir ki, bu barədə xidmətin saytında dərc edilən məlumata deyilir.

Bildirilib ki, sözügedən oyunlar artıq “Android” sistemində mövcuddur.

“Bu gündən etibarən bütün dünyada abunəçilər beş mobil oyuna çıxış əldə edəcəklər: “Stranger Things: 1984 Stranger Things – 3″, The Game”, “Shooting Hoops”, “Card Blast” və “Teeter Up”, – məlumatda deyilir.

Bildirlib ki, oyunları oynamaq üçün yalnız “Netflix” abunəçiliyi tələb olunur. Mobil oyunlar bir çox dillərdə istifadəçilər üçün əlçatandır. Bir hesab vasitəsilə bir neçə mobil cihazda oynaya bilərsiniz, cihazların sayı limitinə çatdıqda xidmət bildiriş göndərəcək. Oyunların uşaq profillərində də mövcud olmadığı bildirilir.

Xidmətin saytında deyilir: “Bəzi mobil oyunlar internet bağlantısı tələb edə bilər, digərləri isə oflayn rejimdə oynana bilər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png