ONN İnformasiya Agentliyi

Nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir – Şoyqu

Nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir – Şoyqu
21 Noyabr 2020 - 18:10

Zaman dinamik hərəkət edir, sürətlə keçir. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var.

ONN media xəbər verir ki, bunu Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu Prezident İlham Əliyevlə görüşündə deyib.

Şoyqu bildirib ki, təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb: “Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.

Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png