ONN İnformasiya Agentliyi

O BİR TÜRK OĞLU! – Cavid İSMAYIL yazır

O BİR TÜRK OĞLU! – Cavid İSMAYIL yazır
11 Noyabr 2020 - 16:19

İllər öncə yazılarımın birində ümummilli lider Heydər Əliyevin hələ sovetlər dönəmində  Azərbaycanın müstəqilliyini öncədən görərək atdığı bütün addımları illər sonra o müqəddəs anın gəldiyi günə hazırlıq kimi dəyərləndirib konkret faktlar gətirməklə bərabər İlham Əliyevin bir oğul kimi ata qarşısında məsuliyyəti haqqında qeyd etmişdim.

Hər birimizə bəllidir ki, böyük siyasət sadə gözlə görünməsə də bəzi prosesləri daha diqqətlə izləməklə müəyyən məsələləri görmək mümkün idi.

Elə o zaman da bəlli idi ki, müdrik insan, ümummilli lider Heydər Əliyev 2003 -cü il prezident seçkilərində xalqa tarixi müraciət edərkən “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” deməsi bu sözlərin hədəfində nələrin durduğu bəlli idi.

Ümummilli lider Heydər Əliyev xalqa müraciətində xalqı İlham Əliyevi dəstəkləməyə çağırarkən çox böyük əminliklə “…İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi o müdrik insanın Azərbaycan xalqına bəlli olan Vətənə xidmət etdiyi illərin tarixin zəfər səhifəsinə yazılmasını və bununla da dünya var olduqca yaşaması üçün onu həyata keçirə biləcək və özünün siyasi varisi kimi İlham Əliyevi göstərməkdə bu seçimin nə qədər məsuliyyətli olduğunu təbii ki, çox gözəl bilirdi. Ümummilli lider Heydər Əliyev İlham Əliyevi siyasi varisi kimi bu hədəflərə çatacaq bir dövlət adamı kimi  gördü və bu qərarını xalqa elan etdi və onu xalqın dəstəkləməsini istədi. Lakin bir çoxları anlamırdı ki, İlham Əliyevin Heydər Əliyev qarşısında təkçə siyasi varislik cavabdehliyi və məsuliyyəti deyil, eyni zamanda bir Türk oğlu olaraq onun ata qarşısında övlad kimi məsuliyyəti də çox böyükdür.

Bəli, 8 noyabr tarixdə-Şuşanın işğalçılardan azad olunduğu gün ilk olaraq Ali Baş Komandan – prezident kimi və eyni zamanda bir oğul kimi ümummilli liderin məzarını  ziyarət etdi və Heydər Əliyev ruhu qarşısında baş əyərək siyasi davamçısı kimi hesabatını verməklə bərabər bir igid kimi, ata qarşısında vəsiyyətini yerinə yetirən alnıaçıq bir oğul kimi ATA, MƏN SƏNİN VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİM! deməsi əslində XXI əsrdə  əsrlərə dayanan Türk törəsinə uyğun dədə qarşısında verilən  hesabat idi.

Elə bu anda da ulu  babamız Bilgə Xaqanın sözlərini xatırladım; “Türk bəyləri! Millət! Eşidin! Üstdə  Göy basmasa, altda yer dəlinməsə Türk milləti, sənin elini, sənin adətini kim poza bilir?”

Bunları düşmən də qulağına sırğa etsə doğru olar!

Ruhun şad olsun,  Ulu Öndər! Yürü, Ali Baş Komandan İLHAM  HEYDƏR OĞLU – Zəfərə doğru!

Cavid İSMAYIL
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png