Ölkədə son durum necədir? – SON RƏQƏMLƏR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONN media -ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.