Ordumuz ermənilərə daha 2 meyit verdi

Azərbaycan Ordusu Qarabağda erməni əsgər meyitlərinin qalıqlarını axtaran axtarış qrupuna iki erməni meyiti verib.

ONN media  xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.

Meyit qalıqlarının Ağdərə ərazisindən tapıldığı bildirilib. Qeyd olunub ki, iki gün əvvəl də Azərbaycan ordusu elə burada erməni axtarış qrupuna bir erməni əsgər meyiti vermişdi.

Ümumilikdə Azərbaycan Ordusunun 3 meyit verməsindən sonra Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1488-ə qalxıb.