ONN İnformasiya Agentliyi

Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN NƏ CAVAB VERDİ?

Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN NƏ CAVAB VERDİ?
24 Fevral 2021 - 14:05

Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” taktiki-əməliyyat sistemlərinin müharibədə işləməməsi ilə bağlı açıqlamasının şərh olunması üçün Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.

ONN media  xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi baş nazirin partlamamış “İsgəndər” taktiki raketləri ilə bağlı açıqlamalarını şərh etməyib.

Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gevorq Altunyan bunu deyib.

Qeyd edək ki, “İsgəndər”lərdən müharibədə istifadəni baş qərargah rəisi Movses Akopyan elan etmişdi. Daha sonra Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan son müsahibəsində Şuşa istiqamətində atış olunduğunu açıqlamışdı.

Paşinyan isə dünən “1in.am”a verdiyi müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” ilə bağlı ittihamlarına toxunaraq “İsgəndər” raketi niyə partlamadı? Ya da niyə cəmi 10 faizi partladı?” demişdi.

Lakin Ermənistanın hakimiyyət orqanları və Ermənistan silahlı qüvvələri bu komplekslərin istifadəsi barədə məlumatları rəsmi olaraq heç vaxt təsdiqləməyiblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png