ONN İnformasiya Agentliyi

Payızda saç tökülməsinin qarşısını almaq üçün 7 sadə məsləhət

Payızda saç tökülməsinin qarşısını almaq üçün 7 sadə məsləhət
04 Oktyabr 2021 - 19:11

Saç tökülməsi normal və təbii bir prosesdir. Gündə təxminən 100 tük tökülməsi mütləq norma sayılır. Bu səbəbdən saçların tökülməsindən narahat olmağa dəyməz. Bununla birlikdə duşda və daraqda saç telləri aşırı çox qalırsa, buna diqqət yetirməlisiniz. Əlbəttə ki, mütəxəssislərin köməyi əvəzolunmaz olacaq, ancaq həyəcan təbili çalmağa tələsməyin. Kifayət qədər sadə qaydalara əməl etməklə saç tökülməsinin qarşısını ala və ya azalda bilərsiniz.

ONN media oxucuları payızda saç tökülməsinin qarşısını alan effektiv üsullarla tanış edir.

“Évolis Professional” şirkətinin baş trixoloqu Dominik Berq bildirib ki, saçlar 5 ildən 7 ilə qədər davam edən uzanma mərhələsinə keçir. Sonra bir müddət dincəlirlər və sonda tökülməyə başlayırlar. Aydındır ki, hər bir saç telinin dövrü eyni mərhələdə deyil, əks halda hər kəs bir neçə ildən bir keçəl olardı.

“Follikullar dövrdən sinxron keçmir. Bu o deməkdir ki, saç tellərinin hər biri müxtəlif uzanma mərhələsindən keçir. Bu da gündə təxminən 100 tükün tökülmə mərhələsinə girməsinə səbəb olur. 100 tük çox görünə bilər, amma bunu başınızdakı follikalların sayı ilə müqayisə etsəniz, 100.000 ilə 150.000 arasında – hər gün saçınızın yalnız 0.001% -ni itirdiyinizi və hər birinin yenisi ilə əvəz olunduğunu görəcəksiniz”, – ekspert bildirib.

Saçların tökülmə səbəbi

Saç tökülməsinin bir neçə səbəbi ola bilər. Onlardan biri genetikdir və onunla mübarizə aparmaq son dərəcə çətindir. Bununla birlikdə, bir çox qadın stress və ya bədəndə B, D vitaminləri və sink kimi qida maddələrinin olmaması səbəbindən saç tökülməsi problemi ilə üzləşir.

Saç tökülməsinin digər ümumi səbəbi, xüsusilə qadınlarda hormonal dəyişikliklərdir. Bu, hamiləlik, doğuş, hamiləliyə qarşı həblər və ya menopoz nəticəsində baş verə bilər. Hormonların pozulması saçların yaşama dövrünə və saç tökülməsinə təsir göstərə bilər.

Dünya şöhrətli trixoloq və saç ustası Bricit Hillin sözlərinə, maşında, yastıqda, duşda və ya olduğunuz hər yerdə çox tük görsəniz ciddi narahat olmağa başlaya, saç quyruğunun üç ay əvvəlkindən xeyli incə olduğunu da sezə bilərsiniz. Ancaq çaxnaşmaya ehtiyac yoxdur – Berq bunun düzəldilə biləcəyini söyləyir: “Bu cür fenomenə telogen alopesiya deyilir ki, bu da bir qrup tükün eyni anda uzanması və sonra birlikdə tökülməyə başlaması deməkdir”.

Bundan əlavə, saçların uzanması üçün çox enerji tələb olunur, lakin bədənimiz üçün birinci dərəcəli məsələ sayılmadığına görə, fiziki və emosional stress zamanı saç tökülməsi ilə qarşılaşa bilərsiniz. Saç tökülməniz bir xəstəlikdən və ya hormonal disbalansdan qaynaqlanmırsa, bunun qarşısını almağın bir neçə yolu var.

Saç tökülməsinin qarşısını necə almaq olar?

Balanslaşdırılmış qidalanma

Dominik Berq rasiona bir çox tərəvəz, yağsız ət, dəniz məhsulları və avokado, yumurta və tərkibi Omeqa-3 yağları ilə zəngin olan qız-fındıq kimi qidaları daxil etməyi məsləhət görür.

İspanaq saçın uzanmasını təşviq edən və qırmızı qan hüceyrələrinin saç dərisinə çatdırılmasına kömək edən çox miqdarda dəmir ehtiva edir. Portağal, pomidor və bibər kimi C vitamini ilə zəngin qidalar saç folikullarını sağlam saxlayan kollagen istehsalını təşviq edir, kətan və ya çia toxumu saçların sağlam və güclü olmasına kömək edən, eyni zamanda uzanmasını təşviq edən omeqa-3 yağ turşuları ilə zəngindir.

Sıx saç düzümlərindən və kimyəvi müalicələrdən çəkinin

Saçlarınız tökülürsə, təəssüf ki, bir müddət at quyruğunu unutmalı olacaqsınız. Kimyəvi müalicə ilə məşğul olmaq da tövsiyə edilmir: keratin düzləşdirmə və ya boyama kimi prosedurlar. Bütün bunlar folikulları zədələyə və saç tökülməsinə səbəb ola bilər.

Yuxuya laqeyd yanaşmayın

Yuxu sağlamlığımız üçün son dərəcə vacibdir, buna görə qurban verməməlisiniz. Əks təqdirdə, gec-tez sağlamlığınıza təsir edəcək. Bədəni bərpa etmək üçün gündə 7-8 saat yatmaq məsləhətdir. Yuxu dövrünü tənzimləməyə kömək edən melatonin hormonu yatarkən saç uzanmasını təşviq edir.

Saçların uzanması üçün həyati əhəmiyyət daşımaqla yanaşı, yuxu saçların çox yağlanmamasına kömək edə bilər. Yuxusuzluq stress səviyyəsini yüksəldə bilər ki, bu da sadəcə saç uzanmasının tempinə deyil, həm də sebum ifrazının artmasına səbəb olur.

Omeqa-3 turşularını qəbul edin

Saç üçün xüsusi vitaminlərin faydalı olub-olmadığını uzun müddət mübahisə etmək olar. Bəziləri heç bir effekt vermədiklərinə əmindirlər, digərləri isə əksinə istifadə etdikdən sonra saçların, dərinin və dırnaqların daha yaxşı hala gəldiyinə əmindirlər. Ancaq saç uzanmasını sürətləndirə bilərlər, çünki yüksək miqdarda omeqa-3 yağ turşuları ehtiva edirlər. Onları yalnız əlavələrdən deyil, adi məhsullardan da əldə edə bilərsiniz. Omeqa-3 turşularının çoxu qızılbalıq, siyənək, kətan və çia toxumlarında, qoz və lobyanın tərkibində olur.

Baş dərinizə masaj edin

Bir çox masaj salonu baş dərisi masajı xidmətləri göstərir. Ancaq buna pul xərcləmək istəmirsinizsə, özünüzü masaj edə bilərsiniz. Əvvəlcə bu texnika ilə tanış olmağa dəyər. Yutubda buna dair çox sayda video var.

Düzgün daraq alın

Təəccüblənməyin, amma yanlış daraq saçların vəziyyətinə, sağlamlığına və saç tökülməsinə də təsir edə bilər. Ən yaxşısı taxta daraqdır. Saçınızı qalın dişləri olan daraqla daramaq və ya klassik fırça ilə baş dərisini masaj etmək daha rahat olacaq.

İdmanla məşğul olun

Qəribədir ki, fiziki fəaliyyət də saçların uzanması ilə birbaşa bağlıdır. Çünki məşqlər saç tökülməsinin səbəblərindən biri olan stress səviyyəsini azaldır.

Nə vaxt peşəkara müraciət etməliyik?

Bütün bu ipucları sizə kömək etmirsə və ya saç tökülmənizin həddindən artıq olduğunu hiss edirsinizsə, həkimə müraciət etməlisiniz. Saş tökülməsi telogen alopesiya hipo- və ya hipertiroidizm kimi xəstəliklərin, yəni tiroid bezinin xəstəliklərinin nəticəsi ola bilər. Bəzi hallarda baş dərisinin biopsiyası tələb oluna bilər. Əsas odur ki, səbəbi müəyyənləşdirin və yalnız bundan sonra onun aradan qaldırılması ilə məşğul olun. Hər halda özünüz üçün dərman yazmaq və özünü müalicə etmək heç bir şəkildə yaxşı nəticə vəd etmir.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png