Pişik modellərlə birlikdə podiuma çıxdı — VİDEO

Mərakeşdə keçirilən “Christian Dior” moda evinin tədbirində maraqlı hadisə qeydə alınıb.

ONN media xəbər verir ki, moda nümayişi zamanı modellərlə birlikdə podiumda pişik də yürüyüb. Bu anların videosu sosial şəbəkədə yayılıb. Qısa müddət ərzində videoçarx məşhurlaşıb.

Podiuma çıxan pişik modellərin arasında gəzir və sonra tamaşaçılara tərəf yönəlir. Çoxsaylı tamaşaçı və yüksək musiqi səsini vecinə almayan pişiyin kadrlarını təqdim edirik.(ölkə.az)