Prezident Əli Həsənovu vəzifəsindən azad etdi – SƏRƏNCAM

Ə.Ş.Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti