Prezident Fikrət Sadıxovla bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.