Prezident Hacıbala Abutalıbovu işdən çıxardı

Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala İbrahim oğlu Abutalıbov vəzifəsindən azad edilib.

ONN xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qeyd edək ki, Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı olub və 21 aprel 2018-ci ildən bu günədək Baş nazirin müavini vəzifəsində çalışıb.