ONN İnformasiya Agentliyi

Qəbul imtahanları ilə bağlı YENİLİK

Qəbul imtahanları ilə bağlı YENİLİK
20 Avqust 2019 - 15:19

Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.

DİM-dən ONN media-ya verilən məlumata görə, bu xidmət vasitəsilə abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər.

Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, “unikal kod” da verilir. Arayışda göstərilən “unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.

Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışı təqdim edən şəxsdən “unikal kod”u tələb etməklə aşağıdakı link vastəsilə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.

Xidmətə keçid: http://ekabinet.dim.gov.az/pBArayis.aspx

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png