ONN İnformasiya Agentliyi

Qəzaya uğrayan helikopterin “qara qutusu” ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzaya uğrayan helikopterin “qara qutusu” ilə bağlı RƏSMİ AÇIQLAMA
06 Dekabr 2021 - 15:39

“Belə bir hadisənin baş verməsi təəssüf hissi doğurur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

ONN media xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.

“Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib. Mürəkkəb bir hadisə olduğuna görə, müxtəlif ekspertiza tətbiq edilib. Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat veriləcək”, – o bildirib.

M.Abbasovun sözlərinə görə, “qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz: “Ancaq “qara tutu” üzərində iş gedir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png