ONN İnformasiya Agentliyi

Qafan yolundakı postumuzda nələr quraşdırılıb?

Qafan yolundakı postumuzda nələr quraşdırılıb?
14 Sentyabr 2021 - 9:54

Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan Azərbaycan polis postunun təminatı haqda ermənilər paylaşım edib.

ONN media xəbər verir ki, erməni ombudsman Arman Tatoyan postun 9 sentyabrda qurulduğunu, 11 sentyabrdan fəaliyyətə başladığını qeyd edib.

Bildirilib ki, postda 10 videokamera quraşdırılıb. Bu kameralar maşınların nömrələrini qeydə alır və Azərbaycan ərazisinə kimlərin girib-çıxdığını dəqiq müəyyən edir.

Postda daimi olaraq polislərlə bərabər, tam silahlanmış və maskalanmış 4 əsgər xidmətdə olur.

Postda sürət həddini keçməyə, kəmər taxmamağa və s. səbəblərə görə xüsusilə əcnəbi sürücülər saxlanılır. Bu isə o deməkdir ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan yol-nəqliyyat qaydalarına əməl edilməsi tələb edilir.

Həmçinin postda müxtəlif gömrük və vergi rüsumlarının tətbiq edildiyi də bildirilir.

İddiaya görə, şübhəli yük daşıyan İran maşınlarının hərəkəti tam yoxlanılana qədər dayandırılır.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png