Qarabağ-Bazel oyunu bu hakimlərə tapşırıldı

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda “Qarabağ” və İsveçrə “Bazel”i arasında keçiriləcək oyunun təyinatları bəlli olub.

ONN media  xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapışırılıb.

FIFA referisi Erik Lambrexts, Rin Fanizere və Yo de Veyrdt yan xətt hakimi qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.