ONN İnformasiya Agentliyi

Qarabağa səpələnmiş erməni meyitlərini çaqqallar yeyir – ŞOK ETİRAF

Qarabağa səpələnmiş erməni meyitlərini çaqqallar yeyir – ŞOK ETİRAF
02 Mart 2021 - 16:17

İki həftəlik fasilədən sonra Ermənistanın axtarış qruplarına Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında cəsəd axtarmağa icazə verilib.

ONN media  xəbər verir ki, Ermənistan tərəfinin məlumatına görə, axtarışlar fevralın 15-dən dayandırılmışdı, bu gün isə bərpa olunub.

Ermənistanın 4 axtarış qrupu bu gündən Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisində 44 günlük müharibədə ölmüş hərbçilərin meyitlərini axtarmağa davam edəcək.

Bu arada BBC-nin rus xidməti Qarabağ ərazisində ölüb qalmış erməni hərbçilərin meyitləri barədə tükürpədən məlumat yayıb.

Laçın şəhərinə ezam olunmuş BBC jurnalistləri bildiriblər ki, kimsəsiz çöllüklərdə qalmış erməni hərbçilərin meyitlərini ac-yalavac çaqallar didib-parçalayırlar. Bunu BBC-yə axtarış missiyasının bir üzvü etiraf edib:

“Burada gördüyüm ən dəhşətli mənzərə çaqqalların tikə-tikə didib parçaladıqları cəsədlərdir”, – deyə Qırmızı Xaçla birgə ölənlərin axtarışı işinə cəlb edilən missiya üzvü bildirib:

“Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər də görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc, 18-19 yaşlı erməni oğlanlarının meyitləri. Dəhşət idi…”

Axtarış missiyasının üzvü Azərbaycan hərbçilərinin humanistliyindən bəhs etməyi də unutmayıb:

“Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar – beləliklə, cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz çaqqalların parçaladığı bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq”, – deyə axtarış missiyasının üzvü söyləyib.(yenisabah.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png