Qarabağda erməni minaya düşərək öldü – SON DƏQİQƏ

Azərbaycanın Qarabağ bölgəsində erməni minaya düşərək ölüb.

ONN media  xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Tərtər rayonunun Ağdərə qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, M.M. adlı erməni ekskavatorla iş görən zaman partlayış baş verib. Nəticədə o, müxtəlif dərəcəli yanıq xəsarətlərindən hadisə yerində ölüb.