ONN İnformasiya Agentliyi

Qarabağda NƏ BAŞ VERİR? – SON AÇIQLAMA

Qarabağda NƏ BAŞ VERİR? – SON AÇIQLAMA
26 Fevral 2021 - 10:57

Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi xidmətinin heyəti Dağlıq Qarabağı partlayıcı obyektlər və partlamamış hərbi sursatlardan təmizləmək işlərini davam etdirir.

ONN media  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə son məlumatları yayıb.

Bildirilib ki, istehkamçılar keçmiş Ağdərə rayonu ərazisindəki fərdi evlərin həyətyanı sahələrində partlayıcı maddənin olub-olmaması ilə yanaşı, yaşayış məntəqəsinin ətrafındakı ümumi yollara baxış keçirib.

Əməliyyatlar zamanı hərbçilərin təhlükəsizliyini təmin edən və hər cür hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edilib.

Aşkarlanan partlayıcı obyektlər xüsusi təchiz olunmuş “Ballıca” təlim meydançasına aparılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar isə partlayış əməliyyatları zamanı lazımi təhlükəsizlik tədbirləri ilə yerində zərərsizləşdirilib.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri Dağlıq Qarabağda 1506 hektar ərazi, 468 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 1476 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 24 923 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png