ONN İnformasiya Agentliyi

Qazaxıstan paytaxtının ən böyük binalarından birinin üzərində Azərbaycan bayrağı… – FOTO

Qazaxıstan paytaxtının ən böyük binalarından birinin üzərində Azərbaycan bayrağı… – FOTO
17 Oktyabr 2020 - 22:54

Son günlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrə, təcavüzkar Ermənistanın mülki vətəndaşlarımızı, uşaqları qətlə yetirməsi, müxtəlif şəhərlərimizi atəşə tutmasına Qazaxıstanda, yerli xalq arasında böyük etiraz müşahidə olunur.

Paytaxt Nursultanda yerləşən Beynəlxalq Türk Akademiyasının və Qazaxıstan tərəfinin birgə təşəbbüsü ilə tarixi, əlamətdar günlərdə Azərbaycana dəstək məqsədilə həyata keçirilən bu aksiya qardaş qazax xalqının Azərbaycan xalqına mənəvi dəstəyinin ifadəsi hesab oluna bilər. Həm də 18 oktyabr Dövlət Müstəqilliyimizin Bərpası günü münasibətilə dalğalandırılan bayraq yerli sakinlərin də ürəyincə olub. Erlan Karimov: “Arzu edirəm ki, Azərbaycan torpaqları geri qaytarılsın və bu münaqişə sülh yolu ilə həll olsun”-deyib.

Manatbek Şepigğazi isə ötən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə edilən hücum barədə xəbərləri mediadan öyrəndiyini ,dinc insanlara, körpə uşaqlara qarşı yönələn bu vəhşi aktı pisləyini söyləyib. Digər şəhər sakinləri  Kayrat Janabayev, Serik Yakubov da  Azərbaycan xalqını dəstəklədiklərini , Nursultanda  Azərbaycanın qələbəsinin şərəfinə Azərbaycan bayrağı qaldırılmasından məmnun olduqlarını bildiriblər.

Azərbaycanın öz tarixi torpaqlarını geriyə alması  Qazaxıstan paytaxtının mərkəzində və digər şəhərlərində yerli xalq tərəfindən böyük coşqu ilə qarşılanır.

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin mərkəzində paytaxtın ən böyük binalarından birinin üzərindəki elektron tabloda Azərbaycana dəstək məqsədilə dövlət bayrağımız iki gün müddətində dalğalandırılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png