ONN İnformasiya Agentliyi

QHT rəhbərindən deputata ETİRAZ

QHT rəhbərindən deputata ETİRAZ
16 Aprel 2020 - 11:10

Ölkənin, xalqın bu çətin günündə hörmətli Deputatımız Qüdrət müəllim Şeyxin müdafiəsinə qalxıb.
Ölkədə ən qapalı, heç vaxt təftiş olunmayan,heç kəsə hesabat verməyən bu qurum görəsən bu ağır günümüzdə niyə susub. Şeyx  hər cümə namazı vaxtı məscidlərdə dualar oxutmaqla ölkədə istədiyini edir. Bu gün parlamentdə təmsil olunan şeyxin ətrafı deyəsən sizi mühasirəyə alıb.

Çox dəyərli Qüdrət müəllim sizi yenidən Millət vəkili seçilməyiniz münasibəti ilə təbrik edirəm! Milli məclisdə müzakirə olunan məsələlərə həmişə münasibət bildirən Millət vəkillərimizdən birisiniz. Yazılarınıza, müsahibələrinizə diqqət yetirirəm.

Sizə demək istəyirəm ki, mən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədriyəm, Müharibədə sağlamlığını itirən, bu gündə çox ehtiyac içində yaşayan qadınlardan biriyəm. Bu günə qədər bizim qadınlarımıza əsaslı olaraq köməklik edilməyib. Millət vəkillərinin heç biri müharibə veteranı qadınların problemlərinin müzakirə edilməsini heç vaxt düşünməyiblər. Çoxsaylı müraciətlərimizdə var. Qafqaz Müsəlmaları İdarəsinə də müraciət etmişəm, bu məsələnin başqa tərəfidir.

Sizin yazınızda cənab Şeyxi hansısa məsələyə qatmağın günah olduğunu yazırsınız. Nəzərinizə çatdırım ki, İslam dinində deyilir ki, bir kənddə acından ölən bir nəfər varsa həmin kəndin bütün sakinləri qatildir. Bilirsiniz ki, insanlarımızın böyük əksəriyyəti 10-15 manata günəmuzd işləyir, kirayədə yaşayan insanlardır. Korona virusun tüğyan etdiyi bir zamanda Azərbaycan Respublikasının Prezidenti əhalinin məhv olmaqdan qorunması məqsədi ilə geniş tədbirlər planının hazırlanmasına, əhaliyə yardımlar edilməsinə, nə xaqın, nədə dövlətin zərər görməməsinə çalışır.

Azərbaycan Dövlətiinin rəsmisi Mübariz Qurbanlı Professor Əjdər İsmayılovun müraciətinə böyük mənada yüksək qiymət verir və bu gün dövlətimizin dəstəyə, vətəndaşımızın mərhəmətə ehtiyacı olduğu vaxtda hər bir kəs, hər bir qurumun xalqın yanında olmalarını vurğulayıb.

Bu gün hər yer Kərbaladır koronavirusdan ölən müsəlmanlar, xəstəxanalarda müalicə almaq üçün yerlər çatışmır, həkim çatışmır cənab Prezidentimiz gündə televiziyalar vasitəsi ilə xalqa dəstək olur, Prezidentimiz hər bir kəsin bu ağır gündə dəstək olmasını alqışlayır. Şeyximiz isə hər yer Kərbala olduğu bir zamanda görsənmir.

Bu gün savab qazana bilmək üçün böyük fürsət var. Savab qazanmağa tələsmək lazımdır. Mən həssas bir qrupun problemləri ilə üz üzə qalan insan kimi Şeyxə müraciət etsəm də cavab almamışam. Əsil cənnət qapısının “açarı” Şeyx Həzrətlərinin əlindədir. Keşkə o Cənnət qapsini aça bilsəydik.

Radə ABBAS

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png