ONN İnformasiya Agentliyi

Qurtuluşun qutlu olsun, ƏRZURUM – Cavid İSMAYIL yazır

Qurtuluşun qutlu olsun, ƏRZURUM – Cavid İSMAYIL yazır
12 Mart 2020 - 10:01

Tarixin hansı dönəminə nəzər salsaq görərik ki, ermənilərin tarixdə Türkə qarşı amansızlığını göstərməyə ən  kiçik  şansı yaranan kimi, bu  şansdan  istifadə edib, heç vaxt  bu  fürsəti əldən verməyib. Türkə qarşı tarixin ermənilərə verdiyi növbəti belə şans 16 fevral 1916- cı ildə oldu.

Həmin ilin həmin günü  ruslar Ərzurumu işğal etdilər. Birinci Dünya müharibəsində bir çox cəbhədə döyüşən Osmanlı Dövləti gücünü demək olar ki, tam tükətmişdi. Odur ki , Osmanlının Ərzurumu düşməndən qorumağa  qüvvəsi çatmadı.

Bu zaman  yenə erməni məkri işə düşdü. Rusların bayrağı altında ona yurd, çörək verən, yaşam üçün Vətən torpağında qucaq açan Türkün bir daha qəniminə çevrildi. Ermənilər qoca, cavan, qadın, kişi, uşaq bilmədən Türk olan hər kəsi xüsusi amansızlıqla qətl etdilər.

Tarixi arxiv sənədlərini araşdırarkən, insanı dəhşət bürüyür. Diqqətinizə nə Türk, nə də ki, müsəlman olan birinin, məhz  Ərzurumdakı rus zabiti Tvyordoxlebovun xatirələrindən bir epizodu çatdırıram. O yazır; “Erməniləri yalnız son gecə (11 Mart 1918-ci il  gecəsi) 3000 müsəlman Türkü binalara dolduraraq, diri-diri yandırdılar. Ermənilər harada Türk görürdülərsə, onları amansızcasına öldürürdülər.”

Tarixi vərəqləyərkən dünyaya satılmaq üçün gələn bu cəlladların – Türk düşmənlərinin tarix boyu başımıza açdığı müsibətlərə baxmayaraq yenə qucaq açmağımız Xocalı, Malıbəyli, Qarabağ və digər ərazilərin  işğalı ilə nəticələndi.O işğal olunmuş torpaqlarda   başımıza daha da dəhşətli müsibətlər açdılar. Tarixi vərəqləyərkən özümüzü də hərdən tanımağa çətinlik çəkirəm.  Biz nədən, nə üçün belə unutqan millətik?

10 Yanvar 1918-ci ildə 1-ci Qafqaz Ordusunun  komandiri Kazım Karabəkir  başçılıq etdiyi birliklərə Erzincan, Ərzurum, Sarıkamış istiqamətinə hərəkət keçmə əmrini verdi.

Işğal altındakı torpaqlarda qız- gəlinin başına minbir müsibət açan, insanları qəddarcasına məhv edən ermənilərin zülmünün qarşısını almaq, Vətən torpağından işğalçıları təmizləmək üçün Türk əsgəri hərəkətə keçdi. Qəhrəman Türk əsgərini tutmaq mümkün deyildi. Ordu yuxusuzluğa, aclığa, qışa, soyuğa baxmadan irəlilədi. Bu irəliləmədə  yenə də Azərbaycan türkləri qardaşları olan Anadolu türkləri lə çiyin-çiyinə rəşadətlə irəlilədi.

Әrzurum Әziziyә Bәlәdiyyәsinin başqanı olmuş Fatih Gengizə jurnalistlərdən birinin verdiyi sualı və cavabı nəzərinizə çatdırıram;

Sual: …-Ümumiyyәtlә, Әrzurumu Azәrbaycanla nә bağlayır? 

Cavab: -Sizә bir fakt deyim: Azәrbaycanın çox görkәmli oğlu Mir Hidayәt bәy Seyidov olub. Bu insan Әrzurumun da qәhrәmanı sayılır. Ruslar 1914-cü ildә Әrzurumu işğal etmişdilәr vә bu işğal 3 il 3 ay davam etdi.

Hәmin zaman Seyidov Azәrbaycanda xalqı tәşkilatlandıraraq Әrzurumun müdafiәsinә kömәyә göndәrib vә 1918-ci ilә kimi bu yardım davam edib. Әrzurumun işğaldan azad olunmasında Seyidov başda olmaqla azәrbaycanlı qardaşlarımız böyük rol oynayıblar. Bu bir vәfa borcu idi. Onun yaxşılığı heç zaman unudulmayıb vә әrzurumluların qәlbindә yaşayır. Bir bәlәdiyyә başqanı olaraq söz verirәm ki, gәlәcәkdә Seyidovun adını parka verәcәyik vә xatirә lövhәsi hazırlanacaq. Qoy, insanlarımız, gәnclәrimiz bir daha görsünlәr ki, Türk dünyasının necә oğulları olub vә belә oğullar Әrzurumun müdafiәsindә qәhrәmanlıqlar göstәriblәr.

Beləliklə 12 mart 1918-ci ildə şanlı Türk Ordusu düşmən taptağı altında olan torpaqları, şəhidlərin qanıyla sulayaraq, düşməndən təmizlədi və ermənilərin çirkin xəyallarını bir daha qursaqlarında boğdu.

Mənim isə sizlərə bir sözüm var, TARİXİMİZDƏN DƏRS ALMALI VƏ TARİXİMİZİ UNUTMAMALIYIQ!

Tanrı şəhidlərimizə rəhmət eləsin! Bir millət iki dövlət var olsun!


ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png