ONN İnformasiya Agentliyi

Ramazan bayramının namazı necə qılınır?

Ramazan bayramının namazı necə qılınır?
24 May 2020 - 9:49

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu gün (may 24-də) Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bayram namazı həm fərdi qaydada, həm camaatla (rəcaən niyyətilə) qılına bilər. Bayram namazının vaxtı – Gün çıxan vaxtdan zöhrə qədərdir.

ONN media   bayram namazında iştirak edəcək müsəlmanlar üçün bayram namazının qılınma qaydasını təqdim edir.

Bayram namazı iki rükətdir

Bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surə ardınca istənilən sürə, sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib ruku və iki səcdəni yerinə yetirmək lazımdır.

İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra ruku, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.

Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

“Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png