ONN İnformasiya Agentliyi

Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı

Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
01 May 2021 - 23:58

Sabah Ramazan ayının 19-cu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 2-də imsak vaxtı saat 03:58-də, iftar vaxtı isə 19:52-dədir.

Mayın 2-i üçün namaz vaxtları:

Sübh azanı 04:08
Zöhr azanı 12:38
Əsr azanı 17:33
Məğrib azanı 19:52
İşa azanı 21:01

19-cu günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!”

Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png