ONN İnformasiya Agentliyi

Ramazanın 22-ci gününün duası – İmsak və iftar vaxtları

Ramazanın 22-ci gününün duası – İmsak və iftar vaxtları
04 May 2021 - 23:23

Sabah Ramazan ayının 22-ci günüdür.

ONN media  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 5-də imsak vaxtı saat 03:58-də, iftar vaxtı isə 19:55-dədir.

Mayın 5-i üçün namaz vaxtları:

Sübh azanı 04:03

Zöhr azanı 12:37

Əsr azanı 17:35

Məğrib azanı 19:55

İşa azanı 21:06

22-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!”

Tərcüməsi: “İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png