ONN İnformasiya Agentliyi

Rayonlara gediş-gəliş ilə bağlı – MÜHÜM AÇIQLAMA

Rayonlara gediş-gəliş  ilə bağlı – MÜHÜM AÇIQLAMA
15 Avqust 2020 - 11:57

Rayonlara gediş-gəliş müzakirə olunur.

ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

“Burada rayonlar və paytaxt daxilindəki epidemioloji vəziyyət diqqətdə saxlanılır. Qarşıdakı dövrdə bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Ezamiyələr ilə vətəndaşların rayonlara getməsi nəticəsində rayonlarda yoluxma statistikasında nisbətən artım müşahidə olunub”.

O əlavə edib ki, pandemiya dövrü səbəbilə ölkəmizdə dini mərasimlərin keçirilməsi zamanı kütləviliyə yol verilməməsi üçün vətəndaşlardan qaydalara riayət etmələri xahiş olunur:

“Vətəndaşlarımızın bu qaydalara ciddi riayət edəcəklərini gözləyirik. Vətəndaşlarımızın karantin qaydalarına riayət etmələri sayəsində biz bu nəticəyə nail olmuşuq. Qarşıdakı dövrdə də bu qaydalara əməl etməklə tendensiyanı əldə saxlayacağıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png