ONN İnformasiya Agentliyi

Rus İcması erməni terroru ilə bağlı BƏYANAT verdi

Rus İcması erməni terroru ilə bağlı BƏYANAT verdi
11 Oktyabr 2020 - 18:07

Ermənistanın mülki əhalini atəşə tutması ilə bağlı Gəncə və Qərb bölgəsi üzrə Rus İcması bəyanat yayıb.

ONN media xəbər verir ki, bəyanatda deyilir:

“Biz – Gəncə və Qərb bölgəsi üzrə Rus İcması olaraq bəyan edirik ki, işğalçı Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmağa davam edir. Belə ki, Azərbaycanın bir sıra şəhər və rayonları ilə yanaşı, son iki gündür ki, döyüş bölgəsi olmayan Gəncə şəhəri də Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulur. Biz – ərazidə yaşayan etnik rus əhalisi Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatıq, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik.

İmzaladılar:

Valeriy Kozin

İrina Kalaşnikova

Dmitriy Kozin

Tatyana Orlinskaya

İqor Zubkov

Olga Nabiyeva

Dmitriy Kiriçenko

Tatyana Korotıgina”.

Qeyd edək ki, Gəncə və Qərb bölgəsində ümumilikdə 15 000-ə yaxın rus yaşayır.

yenicağ.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png