ONN İnformasiya Agentliyi

Səyyad Əlizadə komaya düşdü

Səyyad Əlizadə komaya düşdü
16 Sentyabr 2021 - 13:30

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhəti ağır olaraq qalır.

ONN media  xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında sənətçinin oğlu Atabəy deyib.

O bildirib ki, atasının ağciyərinin 80 faizi buzlaşıb: “Atam oksigen aparatı vasitəsilə nəfəs alır. Vəziyyətində irəliləyiş yoxdur. Ağciyərinin 80 faizi buzlaşıb”.

Atabəy deyib ki, anası Kəmalə Əlizadənin səhhəti yaxşılaşır.

Səyyad Əlizadənin qohumu Razim Qarayev isə açıqlamasında ifaçının komaya düşdüyünü söyləyib.

Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün öncə koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png