ONN İnformasiya Agentliyi

Şərurlu Partizan Tağı – (hekayə)

Şərurlu Partizan Tağı –  (hekayə)
04 İyul 2020 - 15:49

Qəşəm İsabəyli.

Kişi evdən çıxanda, ayaqlarının tappıltısı uşaqları yuxudan oyatdı:- Ata…- Həəə…- Bizə çörək gətir.- Çörək dalıyca gedirəm də, ay bala!Uşaqlar daha nəsə dedi, amma o, ya eşitmədi, ya da özünü eşitməzliyə vurdu. Ta axşamacan fikrindəki “çörək” oldu. Çörək isə müharibə başlayandan süfrələrdən yoxa çıxmışdı.

Ata beli çiyninə qoyub, həyətdən çıxan kimi ana qazançanı götürüb şahtutun dibinə gəldi. Dəyib, yetişmiş şehli tut dənələriylə qabı doldurub, yarısını damın üstünə sərdi ki, qurusun, qışa azuqələri olsun, yarısını da götürüb apardı evə. İki qardaş yerlərinin içində büzüşüb oturmuşdular.- Gənə də tut?! – Üzlərini yana çevirdilər.- Allahınıza şükür eləyin ki, bu da var.- Biz çörək istəyirik!- Oldu vermədim, ay sizə qurban olum?!Oğlanlar lap qızışdı:- Biz çörək istəyirik. Bildin?!Ana da səbir eləyə bilmədi:- Mən də istəyirəm!Uşaqlar çaşmış halda bir-birinə baxdı:- Bu nə deyir, a!- Düz demirəm?!- Biz haçan sənin dədən olsaq, onda çörək verərik sənə.- Elə bilin ki, dədəmsiniz!Uşaqların qırışığı açıldı – əl atıb qazançanı çəkdilər qabaqlarına:- Ana, doğrudan bu gün də çörək olmayacaq?!- Ay bala, atanız getdi, görmədiniz?- Hər gün gedir da!- Neyləsin ey, yazıq, o boyda Naxçıvanda çörək yoxdu, Şərurda hardan olsun!- Ana, Naxçıvanda yoxdu, amma Şərurda var! – Evin kiçiyi boynunu irəli uzatdı.- Şad xəbər olasan, ay bala, hardadı o çörək?!- Bəs Tağı babanın anbarları?!- Onun yiyəsi var, oğul! Tağı babanın olsaydı, indi paylamışdı camaata ki, ac qalmasınlar!Uşaqlar bərk marçıltı salmışdılar. Ana gülümsədi:- Naz eləyirdiniz, görürsünüz, nə dadlıdı?!- Çörək ki, deyil.- Maşallah, yekə kişisiniz…. – Ana sözünün dalını demədi.- Bəlkə oğurluq eləyək?! – Böyük qardaş qımışdı.- Başından böyük qələt eləmə! – Ana acıqlandı.

Biçin qurtarmışdı, anbarlar da ağzınacan doluydu. Bütün yayı ayaq üstə keçirən Tağı kişi rahat nəfəs almağa başlamışdı. Zarafat deyil, onun rəhbərlik etdiyi Şərur Taxıl Tədarükü Məntəqəsinə az qala bütün ölkə – Sovetlər İttifaqı göz dikmişdi. Naxçıvan, qonşu Ermənistan bir yana, hətta uzaq Uk-rayna və Şimali Qafqazdan alman faşistlərindən qaçırılan taxılı belə gətirib Tağı kişiyə tapşırmışdılar. “Partizan Tağı” adıyla məşhur olan bu insanı nəinki Bakıda, hətta Moskvada belə tanıyırdılar.Tağı kişi armudu stəkandan bir qurtum alıb, anbardar Məmmədə baxdı:- Eşidirəm, Tağı dayı.- Bugünkü çayına əhsən! Yaman dadlı çıxıb.- Səhvin var, Tağı dayı, mənim çayım hər gün dadlı olur. Amma sənin başın işə elə qarışmışdı ki, nə yediyini bilirdin, nə içdiyini. İndi isə anbarların dolu, kefin kök, özün də arxayın…- Onu düz deyirsən. – Tağı kişi birdən dikəldi, – Məmməd, amnbarın meydançasından o yana bax. – Başı aşağı gəzən bir cüt oğlanı göstərdi, – nə gəzirlər, görəsən, orda?Məmməd də diqqətlə uşaqlara tərəf baxmağa başladı:- Bəlkə yemlik yığırlar?- Çınqıllıqda nə yemlik?!- Bu dəqiqə öyrənərəm. – Məmməd yerindən necə qalxdısa uşaqlar görən kimi çəkilib getdilər.- Qaçdılar!- Elə tərpəndin, Allah saxlamış, mən boyda adam qorxdum, onda qalmış uşaq ola!Həqiqətən də qorxulu zaman idi. Beş ədəd sünbüldən ötrü beş il dama salırdılar adamı. Müharibə vaxtı taxıl anbarına yaxın düşmək isə silah-sursat anbarına girmək kimi təhlükəliydi.

Ay ana, – qardaşlar həyətə girər-girməz bağırışdı.Ana tez eşiyə çıxdı:- Bıy, başıma xeyir, cındır çəkmələriniz nə əziz olub sizə – qucağınıza almısınız!- Tap görək bunların içindəki nədi?- Ayaqlarınız! – Ana zarafata saldı.- Bəlkə başımız?!- Vallah, ağlıma bir şey gəlmir.- Buğ-da!- Buğ-da!- Nəəə?! – Ana heyrətlə içini çəkdi. – Buğdaaa?! Buğda hardandı sizdə?!Qardaşlar ağız-ağıza verdi:- Oğurlamışıq!Birdən ananın rəngi boğuldu. Güclə dili söz tutdu:- Nəəə?! Dəli olmamısınız ki?!- Dəli niyə oluruq?! O boyda taxıl anbarları ağzınacan dolub daşır, biz də ac qalaq, deyirsən burda?!Bayaq ana əl atıb oxlovu götürüb cumdu uşaqlara:- Çıxın həyətdən!Uşaqlar yanı üstə dönüb durdular.- Deməli, Partizan Tağının anbarından oğurluq eləmisiniz?!- Başımızın üstündən çəkil, danışaq. – Böyük qardaş çömbəlib çəkmələrini qoydu ayaqlarının arasına.Ana çığırdı:-Tez elə!- Anbarın meydançası var, ey, onun yaxınında yerə tökülən buğda dənlərini tapıb yeyirdik. Birdən Məmməd dayı bizə tərəf gəlməyə başladı – qaçdıq. Bir azdan yenə geri qayıtdıq. Bu dəfə Tağı baba çağırdı bizi:- Bala, o çınqıllıqda neyləyirdiniz?- Taxıl dəni axtarırdıq!- Tez-tez yerə əyilib götürdüyünüz dən idi?- Bəli.- Tozlu-tozlu yeyirdiniz?!Uşaqlar gözlərini yerə dikdi:- Bir həftədi çörəyimiz yoxdu.- Ay Məmməd, – Tağı kişinin qaşlarının arasına düyün düşdü, – aç anbarın qapılarını, qoy bu uşaqlar sərində oynasınlar.Məmməd qaş-qabağını salladı:- Taxılı dağıdıb tökəcəklər yerə.- Gecə siçanlar dağıdıb tökəndə nə yaxşı narahat olmursan?!- O günü bəs Əjdəri qoymadın girib içəridə oynaya?- Əjdər oğlumdu.- Bəs…Tağı kişi onun sözünü ağzında qoydu:- Bunların gözlərinə baxsana – ağı gedib, sarısı qalıb!Məmməd ayağa durub, anbara tərəf yeridi.- Bala, nə yaxşı çəkmələriniz var. – Tağı kişi uşaqlara baxdı.- Tağı baba, altı deşik-deşikdi, ayağımız yerə dəyir. – Balaca qardaş dilləndi.- Eyb etməz. Girin anbara, sərində həm oynayın, həm də qarnınız tutduğu qədər də yeyin. Bir şərtlə.Uşaqlar gözlərini zillədi Tağı kişinin ağzına:- Nə şərt?- Amma apardı yoxdu!

Anbara girən uşaqlar sıra dağlar kimi yan-yana düzülmüş taxıl tirələrini görüb mat qaldılar.- Gör nə qədər buğda var, ey! – Kiçik qardaş dedi. – Anam yazıq əlində qab, gəzmədiyi qapı qalmayıb. Gedəndə deyərik, gəlib Tağı babadan istəyər?- Tağı baba verə bilməz.- Bu boyda anbardan bir qazan götürməklə əskiləcək?!- Taxılı müharibəyə göndərir Tağı baba.-Müharibəyə niyə?! – Kiçik qardaş təəccüblə soruşdu.- Düşmənlə vuruşan əsgərlərimiz ac qalmasın.Kiçik qardaş bir az fikirləşəndən sonra elə bil sevincək oldu:- Atam da müharibəyə getsəydi nə yaxşı olardı?!- Nəyi yaxşı olardı?- Aldığı çörəkdən bizə də göndərərdi.- Sən bilirsən, müharibə nə deməkdi?!- Nə deməkdi?- Adamları öldürülən yer!- Kim öldürür adamları?- Düşmənlər.- Düşmənlər?! – Kiçik qardaş əlini ağzına apardı.Bir azdan Tağı kişi anbara girdi:- Tez çəkmələrinizi çıxarın! – Uşaqlar cəld yerə oturdu.Tağı kişi başıyla taxılı göstərdi.Oğlanlar bir göz qırpımında çəkmələrini buğdayla doldurub, ayağa durdular.- İndi isə, xudahafiz!Qardaşlar güllə kimi anbarın qapısından çıxıb götürüldülər.

Çox keçmədi ata çiynində bel həyətə girdi – qanı bərk qara idi.- Ay kişi, – ana qabağına yeridi, – Allah imanını kamil eləsin, Tağı dayı uşaqlara azı 4 kilo buğda verib.- Nə danışırsan?! – Kişi həyəcanlandı.- Vallah!Ata birdən qaşlarını çatdı:- Bəlkə uşaqlar oğurlayıb?!- Mən də şübhələnmişdim, indi yanından gəlirəm.- Allah ömrünü uzun eləsin Tağı dayının!

O axşam kasıb həyətinin çoxdan qaralan ocaq yerindən qalxan alov mis qazanın altına sığal çəkirdi. Ətrafı təzə buğdadan bişirilən yarma ətri bürümüşdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png