ONN İnformasiya Agentliyi

Sərxoş halda olan meymun ömürlük həbs edildi – ŞOK SƏBƏB

Sərxoş halda olan meymun ömürlük həbs edildi – ŞOK SƏBƏB
19 İyun 2020 - 19:47

Hindistanın Uttar Pradeş ştatında qeyri-adi hadisə baş verib.

ONN media  xəbər verir ki, spirtli içkidən asılı olduğu və sahibinin ölümündən sonra aqressivləşən meymun bölgədəki Kanpur zooparkında 250 nəfəri yaralayıb.

Belə ki, sahibinin ölümündən sonra küçələrdə gəzən meymunun xüsusilə qadınları və uşaqları qəzəblə hədəf aldığı bildirilib. Yaralılardan birinin öldüyü, bəzilərdən uşaqda olmaqla bir neçə nəfərin əməliyyat olunduğu qeyd olunub.

“Kalua” adlı 6 yaşlı meymun, hadisədən sonra zooparkda ömürlük həbs cəzasına məhkum edilib. “Biz onu aylarla təcrid etdik, sonra ayrı bir qəfəsə qoyduq. Davranışı dəyişməyib və olduğu kimi aqressiv qaldı. Bura gətirildiyi vaxtdan 3 il keçdi. İndi bütün həyatı boyu əsirlikdə qalmağa qərar verildi” deyə zooparkda çalışan doktor Mohd Nasir çıxışında bildirib.

Qeyd edək ki, Kalua zooparka gətirilmədən əvvəl sahibi tərəfindən ət və alkoqol ilə qidalandırılırmış.(Unikal.org)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png