ONN İnformasiya Agentliyi

Sabirabadda avtomobil su kanalına aşdı – ÖLƏNLƏR VAR

Sabirabadda avtomobil su kanalına aşdı – ÖLƏNLƏR VAR
06 Dekabr 2021 - 9:28

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə ONN media  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə, rayonun Nərimankənd kəndində “QAZ” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png