ONN İnformasiya Agentliyi

Sadiq Qurbanov: “Su təminatında ictimai nəzarətə ehtiyac var” – MÜSAHİBƏ

Sadiq Qurbanov: “Su təminatında ictimai  nəzarətə  ehtiyac var”  – MÜSAHİBƏ
27 İyul 2020 - 10:30

Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovla son zamanlar Respublikamızda yaranmış su təsərrüfatında olan problemlər və həlli yolları ilə bağlı ONN media – nın hazırladığı müsahibəni oxuculara təqdim edirik.

Hörmətli Sadiq müəllim, bu gün ən aktual problemlərdən biridə ölkənin su təhcizatının yaxşılaşdırılmasıdır. Sizin fikirinizcə möhtərəm prezidentin Respublikanın aidiyyatı qurumları qarşısında qoyduğu bu mühüm problemin aradan qaldırılması üçün ən əsas hansı məsələnin həllindən başlamaq lazımdır.

Bu problem möhtərəm prezidenti narahat etdiyi kimi hər bir məsul şəxsidə narahat etməlidir. Bu işi yalnız aidiyyatı qurumların öhdəsinə verməklə kifyatlənmək olmaz. Düşünürəm ki ən əsas su itkisinin qarşısını almaq insanlar arasında su qıtlığının nə qədər çətinliklər törədəcəyini təbliğ etmək lazımdır. Bundan başqa yeni su təmizləyici qurğuların istifadəyə verilməsi, artezan quyularının sayının artırılması və bu kimi tədbirlərin görülməsi labüddür.

Faktlara nəzər saldıqda görürük ki bir neçə il öncəki su təhcizatına nisbətdə bu gün daha çox su ehtiyatı vardır, buna baxmayaraq yenədə bu azlıq edir. Bu təzadı nə ilə izah edə bilərsiniz?

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə su ilə təminatı 40 % idi indi isə 70%ə çatmışdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9% idi. Bu gün bu rəqəm 63%. Bu qədər yüksək nailiyyətlərin əldə olunmasına baxmayaraq su təminatı azlıq edir, bunun səbəbi isə əhali sayının artması əhalinin sudan daha çox istifadə etməsi, eyni zamanda kənd təsərrüfatında əkinçilik sahələrinin genişləndirilməsi suya olan tələbatı artır.

Anladığımız qədəri ilə ölkə inkişaf etdikçə suya olan tələbatda artır. Bəs bu gündən sonra bu tələbatı ödəmək üçün hansı əlavə qüvvələrin cəlb olunmasını məsləhət görərdiz?

Düşünürəm ki, əsas qüvvə olan ictimaiyyəti bu işə cəlb etməklə böyük dəyişikliklər əldə edə bilərik. Radio, televiziya, sosial media və sair kimi əlavə qüvvələri cəlb edərək cəmiyyət arasında suyun həyatı vacibliyini və sudan qənaətlə istifadə edilməsinin təbliğinə nail olmaq olar. Bundan başqa qeyri hökümət təşkilatlarının, ekologiyanın qorunması sahəsində çalışan təşkilatların cəlb olunması, suyun təkrar emalı və sair bu kimi qüvvələrdən istifadə etmək lazımdır.

Prezident çıxışında göstərdi ki keçən ilki quraqlığın nəticəsi olaraq su təhcizatında problemlərin yaranmasında aidiyyatı qurumların gördüyü işlər qənaətbəxş deyildir. Sizin fikirinizcə bu problemin yaranmasına yalnız bu səbəb ola bilər mi?

Möhtərəm prezidentin göstərdiyi kimi ölkəmizdə su təchizatı probleminin yaranmasında aidiyyəti qurumların gördüyü işlərin qənaət bəxş olmamasından əlavə, başqa səbəblər də vardır. Belə ki su itkisinə yol verilməsi, aqrar sahədə suvarma sistemlərindən düzgün istifadə edilməməsi və bundan başqa bir sıra məsul şəxslərin işlərinə məsuliyyətsiz yanaşmaları da səbəb olur.

Sadiq müəllim,  maraqlı  müsahibəniz  üçün  Sizə  təşəkkür  edirəm.

Sizə  və  ONN İnformasiya  Agentliyinə  uğurlar  arzu  edirəm.  Sağ  olun.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png